Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-07-2023 , 12:11

9245

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İcra başçısı:  “Sakinlər bilməlidirlər ki, ödədikləri yerli vergilər kiminsə cibinə deyil, dolayısıyla onların problemlərinin həllinə yönəldiləcəkdir”

“Bələdiyyələr fəaliyyətlərini düzgün istiqamətdə qurmuş olsalar ərazilərdə bir sıra problemlərin həllinə nail olarlar”- bu fikirləri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun Cinarlı  kəndində keçirilən səyyar görüşdə bildirib. 

Ən azından kəndlərdə abadlıq işlərinin həyata keçirilməsində, kənd yollarının təmirini, küçələrin işıqlandırılmasını və ehtiyacı olan insanlara qayğı və diqqətin göstərilməsini, o cümlədən hər hansı su quyusunun qazılmasını və digər layihələri həyata keçirmək olar. 

İcra başçısı daha sonra bildirb ki, bələdiyyələrin yerli özünüidarəetmə orqanı olaraq fəaliyyətinin əsas məqsədi konkret olaraq yerli əhəmiyyətli məsələlərin həllinə nail olmaqdır. Sakinlərin səs verdiyi bələdiyyələr bəzən istədiyimiz kimi fəaliyyət göstərməsələrdə müəyyən irəliləyişə nail olublar.

Ancaq bələdiyyələrin fəaliyyətlərinin gücləndirilməsi üçün sakinlərimiz bələdiyyələrə inanmalı və dəstəklərini əsrgəməməlidirlər. Bələdiyyə sədrləri sakinlərin inamını etibarnı qazanmalı, sakinlərdə bilməlidirlər ki, ödədikləri yerli vergilər kiminsə cibinə deyil, dolayısıyla onların problemlərinin həllinə yönəldiləcəkdir.

Hazırda Cəlilabad bələdiyyələrinin fəaliyyətində ciddi dönüş var. Bu gün rayonun doqquz bələdiyyəsi öz ərazilərində ciddi layihələri icra etməkdədirlər. Əlavə olaraq səkkiz bələdiyyə növbəti günlərdə ərazilərində layihələrin icrasına başlayacaqdır.

Ümumiyyətlə, Cəlilabad rayonunda formalaşan 35 bələdiyyənin il ərzində iki milyon manatdan artıq vergi toplamaq şansı var. Bu vergilər yığılarsa bələdiyyələrimiz çoxsaylı layihələri  icra edə bilərlər. 

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
353

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
727

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
704

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
576

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
798

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
701